AMFİTEATR

AMFİTEATR
Gəncə şəhərində ulu öndərin adını daşıyan Park-Kompleksdə yerləşən Amfiteatr yay aylarında açıq havada kütləvi tədbirlərin keçirilməsi üçün əvəzsiz məkandır. Qədim Romada kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikilini xatırladan Amfiteatr 5 min tamaşaçı üçün nəzədrə tutulub.

Amfiteatrın kənarlarında bir-birinə boy verən milli ornamentlərlə bəzədilmiş, gur işıqlı dirəklər qoyulub. Geniş, yaraşıqlı səhnə, daşlardan yonulmuş oturacaqlar gözəlliyi, harmoniyanı nümayiş etdirməklə hər kəsin zövqünü oxşayır.

Amfiteatrda tez-tez beynəlxalq və yerli tədbirlər, şəhər sakinlərinin istirahətinə xoş ovqat bəxş edəcək konsertlər keçirilir. Ölkənin və şəhərin tanınmış müğənniləri, rəqqasları Amfiteatrın gözəl səhnəsində maraqlı və rəngarəng proqramlarla çıxış edirlər. Burada tanınmış rəssamların müxtəlif əl işləri, sənət nümunələri nümayiş etdirilir. Maraqlı görünüşü ilə seçilən Amfiteatrda şəhər sakinləri və qonaqlar musiqi sədaları altında mənalı istirahət edirlər.


AMFİTEATRAMFİTEATRAMFİTEATR
AMFİTEATRAMFİTEATRAMFİTEATR

SAYTLARA KEÇİD