HEYDƏR ƏLİYEV MƏRKƏZİ



MƏRKƏZ HAQQINDA

MƏRKƏZ HAQQINDA Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb və memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli, müasir materiallardan istifadə olunub. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli mərkəzdə şüşədən müasir tava quraşdırılıb. Tavada Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub.

MƏRKƏZ HAQQINDA


Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzdə Azərbaycanın xəritəsini əks etdirən çil-çıraq quraşdırılıb. 4500 ha sahədə yerləşən 24 metr hündürlüyü olan Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir.

MƏRKƏZ HAQQINDA

Mərkəzin I mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir.

MƏRKƏZ HAQQINDAUlu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib.

Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

MƏRKƏZ HAQQINDA

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

MƏRKƏZ HAQQINDAMərkəzin II mərtəbəsində kitabxana və elektron kitabxana, xarici dil kursları, “İDEA” İctimai birliyi Resurs Mərkəzi fəaliyyət göstərir.

Xüsusi görkəmi, füsünkarlığı ilə seçilən Mərkəzdə gənclərin müxtəlif mövzularda maarifləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, onların xarici dil bacarıqlarının artırılması məqsədilə lazımi şərait yaradılıb.

Mərkəzin oxu zalı, elektron kitabxanası, xarici dil kursları, “İDEA” İctimai Birliyinin Gəncə Resurs Mərkəzi, videokonfrans salonu, beynəlxalq tədbirlərə şahidlik edən iclas və konfrans zalları, Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi gənclərin ixtiyarına verilib.

MƏRKƏZ HAQQINDA

Gənclər tez-tez Heydər Əliyev Mərkəzini ziyarət edir, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olur,orijinal fəaliyyəti ilə fərqlənən, elektron kitabxanadan, dil kurslarından yararlanırlar.

III mərtəbəsində video-konfrans salonu və hər cür təchizatı olan iclas və konfrans zalı mövcuddur.

MƏRKƏZ HAQQINDA

Mərkəzin akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, beynəlxalq və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilir.

MƏRKƏZ HAQQINDAMƏRKƏZ HAQQINDAMƏRKƏZ HAQQINDA

I mərtəbədə “Xalçaçılıq tədris mərkəzi”, rəqs dərnəyi və 10 D Cinema orijinallığı ilə seçilir.


SAYTLARA KEÇİD