HEYDƏR ƏLİYEV MƏRKƏZİ



HEYDƏR ƏLİYEV MUZEYİ

HEYDƏR ƏLİYEV MUZEYİ
Heydər Əliyev Mərkəzi Gəncənin möhtəşəm binalarındandır. Təməli 2012-ci ildə qoyulan və 2014-cü il yanvarın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu tikili şəhərsalma memarlığının ən son nailiyyətlərini özündə əks etdirir.

HEYDƏR ƏLİYEV MUZEYİMərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Muzeydə ümummilli liderin müxtəlif illərdə Gəncə şəhərinə tarixi səfərləri geniş yer alıb. Muzeyin guşələrində Gəncənin son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolundan, Prezident İlham Əliyevin qədim Nizami yurduna göstərdiyi diqqət və qayğıdan bəhs edən nümunələrə geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

HEYDƏR ƏLİYEV MUZEYİUlu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Muzeyin ekspozisiyasında filmləri izləmək üçün xüsusi ekran quraşdırılmışdır.


HEYDƏR ƏLİYEV MUZEYİHEYDƏR ƏLİYEV MUZEYİHEYDƏR ƏLİYEV MUZEYİ

SAYTLARA KEÇİD