“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

Mərkəzin II mərtəbəsində “İDEA” İctimai birliyi Resurs Mərkəzi fəaliyyət göstərir.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDADİALOQ:
Mütəmadi olaraq keçirilən tədbirlər və yerli qruplar vasitəsilə həm milli, həm də beynəlxalq səviyyədə fikir mübadiləsi.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDAFƏALİYYƏT:
Gənclər düşərgəsinin, tədbirlərin və xüsusi ekoloji layihələrin təşkili və bu cür tədbirlərdə iştirak.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDALİDERLİK:
Ekoloji problemlərlə mübarizədə öz sözünü deyən və digərlərini öz sırasına cəlb edə bilən gənc liderlərin müəyyən edilməsi və dəstəklənməsi.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDATƏHSİL:
Məktəblərin, qrupların və icmaların lazımi vəsaitlərlə təmin edilməsi, onlara ətraf mühiti qorumaq üçün daha yaxşı imkanların yaradılması.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDAIDEA haqqında:
Son illərdə Cənubi Qafqaz regionundakı sürətli inkişaf və sənayeləşmə ekoloji qayğıları və bir çox ekoloji məsələləri də gündəmə gətirmişdir. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin olan və ekoloji cəhətdən gərgin regionda yerləşən bir ölkə kimi, ekoloji problemlərin yaratdığı təhlükələrin aradan qaldırılmasında fəal olmuşdur. Bunun üçün 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Gənc olmasına baxmayaraq, ölkəmiz gənc nəsli maarifləndirmə işlərinə cəlb etmək və bu cəmiyyətin hər bir üzvünə ətraf mühitin qorunması sahəsində işlər görmək üçün liderlik imkanları açmaqla yanaşı ekoloji cəhətdən təmiz sənaye və müəssisələrin yaradılmasına doğru da istiqamət ala bilib.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDACənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. Azərbaycan, həmçinin dünyada mövcud olan 11 iqlim tipindən 9-nun olduğu ölkə olmaqla yanaşı, cənubda subtropik palma ağaclarına və ananasına, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təmin edən əsas amildir. Azərbaycandakı gənc nəsil bu çətinliyi və dövrümüzdəki ekoloji problemlərin aktuallığını anlayır və ətraf mühitə ümumilikdə böyük maraq göstərirlər.


IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirmişdir.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşləri reallaşdıraraq dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.

“İDEA” İCTİMAİ BİRLİYİ RESURS MƏRKƏZİ HAQQINDA

IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurmuşdur. Bizim missiyamız gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.

SAYTLARA KEÇİD