MEDİA

5 mart tarixində “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib.

5 mart tarixində “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimi Heydər Əliyev Park Kompleksində baş tutub. 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə təsadüf edən mərasimdə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə , Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, , eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət ediblər.
Təntənəli açılış mərasiminə Heydər Əliyev Mərkəzinin önündən start verilib. Mərkəzdən Amfiteatradək olan məsafədə qurulan pavilonlarda Gəncəni bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışlarda təmsil edən idmançıların qazandıqları kubok, medal və fəxri fərmanlar sərgilənib. Gəncə şəhər Rəssamlıq Məktəbi və şəhər Uşaq Gənclər Yaradıcılıq və İnkişaf Mərkəzi tərəfindən idman mözusuna aid rəsm sərgisi nümayiş etdirilib. Həmçinin mərasim iştirakçıları veteran idmançılarla görüşüblər.

SAYTLARA KEÇİD