MEDİA



Gəncədə 'Qida və yüngül sənayenin aktual problemləri' müzakirə olunur

Azərbaycan Texnologiya Universiteti (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Qida və yüngül sənayenin aktual problemləri” mövsuzunda beynəlxalq elmi konfrans keçirib. İki gün davam edəcək konfransın təşkilatçıları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Mingəçevir Tekstil Fabriki də daxildir.

Əvvəlcə UTECA kollektivi və qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra xarici və yerli qonaqlar Heydər Əliyev Mərkəzi, Ümummilli liderin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdirən xatirə muzeyi ilə tanış olublar.

Beynəlxalq Konfransın açılış mərasimi “Ramada Plaza Gəncə” otelində baş tutub. Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov tədbiri açıq elan edərək mövzunun əhəmiyyəti və və aktuallığına diqqət çəkib. Qeyd edib ki, Azərbaycanın kifayət qədər tarixi olan qida və yüngül sənaye sahələri hazırda digər sənaye sahələri ilə müqayisədə daha ciddi islahatların astanasındadır və UTECA-da aparılan mütəxəssis hazırlığı işində bu istiqamətlərlə bağlı ixtisasların bu günkü və gələcək inkişafı əsas götürülür. Buna görə də qida və yüngül sənayenin aktual problemlərinin araşdırılması və onların mütəxəssis hazırlığında aradan qaldırılması günün vacib məsələsinə çevrilməklə konfransın əsas müzakirə mövzusu kimi götürülüb.

Sonra “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafının banisidir” adlı videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransda Cənibi Koreya, Gürcüstan, İran, Pakistandan olan elm adamları, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistan Milli Bankının (NBP) Bakı filialının rəhbəri Xan Zar Vali, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ABAD, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), bir sıra universitet və kolleclərin, “Port of Baku”, eləcə də ölkənin bir çox aparıcı istehsal müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

Plenar iclasda çıxış edənlər kadr hazırlığı, yeni texnologiyalar, istehsal dövriyyəsinin avtomatlaşdırılması, mövcud texniki alətlərin, qablaşdırmanın təkmilləşdirilməsi, qəza şəraitinin minimuma endirilməsi və s. kimi məsələlərə toxunaraq qida və yüngül sənayenin ən vacib məsələləri, aktual problemlərini gündəmə gətiriblər, həlli yolları müzakirə edilib, təcrübə mübadiləsi aparılıb, mövzuya aid məruzə və tezislər dinlənilib.

Beynəlxalq konfransın məcmuələr toplusuna İran, Gürcüstan, Rusiya, Cənubi Koreya, Efiopiya, Pakistan, Zimbabve, Belarus, Burundi, Fələstin, Trinidad və Tobaqo, Kanada, Almaniya, Macarıstan, Qırğızıstan, Vyetnam, Mərakeş, Salvador, Portuqaliya da daxil olmaqla 20 ölkədən 200-ə yaxın tezis daxil edilib.

27 aprel tarixində isə konfrans panellərlə davam edəcək. Panellər Azərbaycan Texnologiya Universitetininistiqamətlərinə uyğun müəyyənləşdirilib. Buraqida və yüngül sənaye ilə yanaşı turizm, logistika, metal və materiallar, İKT mühəndisliyi və menecmenti, davamlı inkişaf və təhsil texnologiyaları da daxildir.
Gəncədə 'Qida və yüngül sənayenin aktual problemləri' müzakirə olunur

SAYTLARA KEÇİD