MEDİA



DTX-nın əməkdaşları Gəncədə gənclərlə görüşüblər

Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncədə fəaliyyət göstərən ali məktəblərin rəhbərləri və tələbə-gənclər iştirak ediblər. Görüş zamanı DTX əməkdaşları xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti mövzuları ətrafında söhbətlər aparıblar.

Bəzi anti-milli elementlərin sosial şəbəkələr vasitəsi ilə Azərbaycanın dövlət maraqları və milli mənəvi dəyərləri əleyhinə apardıqları pozucu fəaliyətdən danışılıb. Qeyd olunub ki, onların əsas məqsədi Azərbaycanın sabitliyini pozmaq, onu mütərəqqi inkişaf yolundan döndərməkdir. Görüşdə o da vurğulanıb ki, günümüzdə Azərbaycanda gənclərin sosial şəbəkələrdən istifadəsi kütləvi xarakter daşıyır. Sosial şəbəkələrdən yalnız şəxsi tanışlıq və ya ünsiyyət üçün yox, yeni informasiyaların operativ əldə olunması məqsədi ilə də istifadə olunur. Bu səbəbdən də bu istifadənin doğru və səmərəli olması vacibdir. Gənclər oxuduqları məlumatları düzgün dəyərləndirməyi, təhlil etməyi və lazımi şəkildə qiymət verməyi bacarmalıdırlar. Həmçinin o da qeyd olunub ki, gənclər müharibə şəraitində yaşadığımızı unutmamalı, müəyyən informasiyaları paylaşarkən diqqətli olmalı, düşmən tərəfindən dəyərləndirilə biləcək heç bir məlumatı paylaşmamalıdırlar. Tələbələrlə görüşdə antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının pozuculuq fəaliyyəti pislənib, bu cür cəhdlərin qarşısının xalq-dövlət birliyi tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.
DTX-nın əməkdaşları Gəncədə gənclərlə görüşüblər

SAYTLARA KEÇİD